57 yaşlı qadını maşın vurub - Gəncədə
Qəzalar
22 Fevral 2019 14:27
Oxunub 1034

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir
Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Gülşən Ənvər qızı Rəhimova şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən zaman "VAZ-2107" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













