ABŞ-də bombardmançı təyyarə QƏZAYA UĞRADI: 8 ölü var

Los-Ancelesin şimal-şərqində yerləşən "Edvard" aviabazasından havaya qalxdıqdan qısa müddət sonra "B-52" bombardmançı təyyarəsinin qəzaya uğraması nəticəsində səkkiz ekipaj üzvü həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə bazanın rəhbərliyinin açıqlamasında bildirilib.
"Bu, əsl faciə idi və oradan sağ çıxmaq qeyri-mümkün idi", - deyə polkovnik Ceyms Heys mətbuat konfransında bildirib.
Məlumata görə ekipaj hərbi rəsmilərdən, mülki şəxslərdən və dövlət podratçılarından ibarət olub. Təyyarənin istehsalçısı olan "Boeing" şirkəti də uçuşda iki əməkdaşının olduğunu təsdiqləyib:
"Biz onların ailələri ilə əlaqə saxlayırıq və onlara lazımi dəstəyi təklif edirik".
Rəsmilərin sözlərinə görə, bazar ertəsi qəzaya uğrayan "B-52 Stratofortress" təyyarəsi planlaşdırılmış sınaq uçuşunu həyata keçirirdi və yerli vaxtla saat 11:20-də uçuşa başlamışdı.
Bazadan verilən məlumata əsasən, arxasında böyük qara tüstü izi buraxan bombardmançının qəzaya uğramasına xilasetmə xidmətləri dərhal reaksiya veriblər.
Sonda o da bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılacaq, lakin dəqiq təfərrüat ictimaiyyətə təxminən altı aydan sonra məlum olacaq.
***
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus və Kaliforniyada qəzaya uğrayan "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsinin göyərtəsində "Boeing" aerokosmik korporasiyasının əməkdaşları olublar.
Avtosfer.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rəsmi açıqlamada "B-52"nin göyərtəsində "Boeing"in iki işçisinin olduğu bildirilir. Lakin korporasiya öz nümayəndələrinin strateji bombardmançı təyyarədə konkret hansı vəzifəni yerinə yetirdiyinə dair heç bir şərh verməyib.
Bir müddət əvvəl məlum olub ki, ABŞ HHQ-nin "B-52 Stratofortress" strateji bombardmançısı Edvards aviabazasından havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Hadisə saat 11:20-də (Bakı vaxtı ilə 22:20) baş verib. Qəzadan sonra xilasetmə və təcili reaksiya əməliyyatlarına diqqəti cəmləmək məqsədilə hərbi baza müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
***
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsi Kaliforniya ştatındakı Edvards aviasiya bazasından havaya qalxdıqdan sonra qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə aviasiya bazası "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Qəzanın səbəbləri, heyətin taleyi və mümkün xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, "B-52 Stratofortress" "Boeing" şirkəti tərəfindən hazırlanmış çoxməqsədli strateji bombardmançı təyyarəsidir. İlk uçuşunu 1952-ci ildə həyata keçirib, 1955-ci ildə isə ABŞ HHQ-nin silahlanmasına qəbul edilib. Böyük məsafələrdə nüvə və adi zərbələr endirmək üçün nəzərdə tutulub. Heyəti beş nəfərdən ibarətdir. Havada yanacaqdoldurma olmadan uçuş məsafəsi 14 000 km-dən çoxdur.
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Tələbə qızı dəm qazından boğulmuşdu; 3 il sonra qəzada öldü - FOTO
"BYD" "Kamaz"la toqquşdu - Ölən var - VİDEO
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR - YENİLƏNİB
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi: Ata və oğul qəzaya düşdü
Dəhşətli yol qəzası: Avtomobil iki yerə bölündü, ölənlər var - VİDEO
Faciəvi şəkildə ölən 33 yaşlı Rüfətin FOTOsu
Mərdəkanda dirəyə çırpılan “Mercedes” tanınmaz vəziyyətə düşdü - VİDEO
Xankəndi - Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var - YENİLƏNİB










