ABŞ-də təyyarə çörək maşını ilə toqquşdu
Qəzalar
4 May 2026 10:00

Nyuark hava limanında (Nyu-Cersi ştatı, ABŞ) "United Airlines" aviaşirkətinə məxsus "Boeing 767" eniş zamanı şassisi ilə uçuş-eniş zolağının yaxınlığında hərəkət edən çörəkdaşıyan maşına dəyib.
Avtosfer.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Hadisəyə baxmayaraq, Venesiyadan gələn təyyarə təhlükəsiz eniş edib. Lakin zərbə nəticəsində yük maşınının kabin şüşəsi çatlayıb, sürücü isə xəsarət alıb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.
ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) hadisənin səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıb.
"United Airlines" nümayəndələri sərnişinlərdən və ya heyət üzvlərindən heç kimin xəsarət almadığını təsdiqləyiblər./bakivaxti
Oxunub : 572
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 15:18
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
12 Noyabr 2026 12:36
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
12 Noyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
12 Noyabr 2026 11:33
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
12 Noyabr 2026 11:11
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
12 Noyabr 2026 09:48
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
11 Noyabr 2026 22:33
Gəncədə avtobus qəzaya düşdü
11 Noyabr 2026 17:30
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
11 Noyabr 2026 15:30
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
11 Noyabr 2026 14:18
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
11 Noyabr 2026 13:06
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
11 Noyabr 2026 10:36
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
ŞƏRH YAZ












