Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB

Puta-Güzdək yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 26-da saat 19:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonu, Puta-Güzdək yolu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Onlar tərəfindən üç nəfər (kişi) müştərək travma səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər ambulator müalicə üçün evə buraxılıb, digər pasiyent isə ixtisaslı tibbi xidmət almaq üçün Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya İnstitutuna təxliyə olunub", - deyə məlumatda bildirilir./oxu.az
***12:00
Puta-Güzdək yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Hadisə ötən gün saat 20:00-da 8 saylı cəzaçəkmə müəssisəsinin qarşısında baş verib.
2004-cü il təvəllüdlü İnqilab Mirzəxan oğlu Ağayev idarə etdiyi "Lada Granta" markalı, 90-YG-129 dövlət nömrə nişanlı avtomobilə nəzarəti itirib və maşın aşıb. Hadisə nəticəsində sürücü ilə yanaşı onun sərnişinləri Tapdıq Şirəli oğlu Mehdiyev və Elgün İlkin oğlu Muxtarov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Qeyd olunub ki, hadisə gecə saatlarında Güzdəkdən Puta istiqamətinə gedən yolda qeydə alınıb.
Belə ki, minik avtomobili naməlum səbəbdən yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və avtomobil yararsız vəziyyətə düşüb. Xəsarət alan və ya ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur.
Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












