Ağcabədidə AĞIR QƏZA: 1 ölü, 4 yaralı - YENİLƏNİB

Ağcabədidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyətləri məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, aprelin 24-də saat 16 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
2013-cu il təvəllüdlü şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Digər 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb./oxu.az
***09:36
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Qəza zamanı bir nəfər həyatını itirib, dörd nəfər isə xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı Qayğı qəsəbəsində qeydə alınıb.
Belə ki, Laçın sakini Quliyev Bakir Möhbalı oğlunun idarə etdiyi 41-BE-893 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayon sakini Bədəlov Azər Bənah oğluna məxsus “KamAz” markalı yük maşını ilə toqquşub.
Toqquşma nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü B.Quliyev hadisə yerində ölüb. Nəqliyyat vasitəsində olan sərnişinlər - 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarətlərlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












