Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var - YENİLƏNİB

20.04.2026-cı il tarixində saat 21:50 radələrində Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (bir qadın, bir kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, yaralılara qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarın nahiyəsinin küt travması, başın təpə nahiyəsinin kəsilmiş, çapılmış yaraları, sol bud və alın sümüklərinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən 1973-cü il təvəllüdlü şəxs yaxınlarının istəyi ilə Goranboy rayonunda fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.
Digər yaralı - vəziyyəti orta ağır qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs (qadın) isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
Qeyd edək ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü şəxsin (kişi) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb./oxu.az
***13:36
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb./oxu.az
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












