Ağcabədidə qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Ötən gün Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından (RMX) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 22-də, saat 14:45-də Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (ikisi kişi, biri qadın olmaqla) RMX-yə hospitalizasiya olunublar.
"Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, qəzaya düşən KIA markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsus olub, xəsarət alan Aynur Mahir qızı Həsənova isə şəhidin bacısıdır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












