Ağdamda yol qəzası olub, xəsarət alanlar var - VİDEO

Ağdam rayonunda avtomobil aşıb, xəsarət alanlar var. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini, Əhliqar Azay oğlu Ağayevin idarə etdiyi “Opel” markalı 99 EP 445 dövlət qeydiyyat nömrəli avtomobil hərəkətdə olan zaman yol kənarındakı meşəliyə düşərək ağaclara çırpılıb. Nəticədə avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ə.Ağayev və sərnişin - Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Hüseynov müxtəlif bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan "Report"a verilən məlumata görə, sürücü Ə.Ağayevin vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












