Ağır qəza yenə can aldı - 2 ölü, 1 yaralı var - VİDEO

Minik avtomobilinin aşması ölümlə nəticələnib. Avtosfer.az-ın məlumatına görə, ağır qəza Zaqatalada baş verib. Rayonun Danaçı kənd sakini, 42 yaşlı İsa Nuhiyev idarə etdiyi minik avtomobili ilə Zaqatala-Qax avtomobil yolunda hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın aşıb. Avtomobildə olan sərnişin-Balakənin Katex kənd sakini, 24 yaşlı Abdulla Mamiyev hadisə yerində dünyasını dəyişib. Sürücü İsa Nuhiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bakı-Quba yolunda da ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə magistral yolun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. Şəhər sakini, 25 yaşlı Pərviz Musazadə magistral yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












