Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Yağan qardan sonra temperaturun aşağı düşməsi Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində buzlaşmaya səbəb olub.
Avtosfer.az bizim.media-a istinadən xəbər verir ki, hazırda yolun sərt döngəli, enişli-yoxuşlu əraziləri təhlükəli olaraq qalır. Buzlaşma səbəbindən iki avtomobil yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.
16 saylı Yol İstismar MMC-nin əməkdaşı Qərib Dünyamalıyev AZƏRTAC-a bildirib ki, gecə saatlarından etibarən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Onun sözlərinə görə, yollara qum-duz qarışığı səpilir, zəruri tədbirlər həyata keçirilir, əməkdaşlar növbəli şəkildə xidmət aparırlar.
Qeyd olunub ki, qurumun xidmət etdiyi ərazi əsasən 143–156-cı kilometrləri, o cümlədən Ağsu aşırımı hissəsini əhatə edir. Hazırda hər iki istiqamətdə texnikalar işləyir və hərəkət nəzarət altındadır.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə ərazidə polis gücləndirilmiş iş rejimində xidmət aparır və zəruri tədbirlər görülür.




Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












