Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölən var - FOTO - YENİLƏNİB

Ağsuda baş verən dəhşətli qəzada xəsarət alanların vəziyyətləri ağırdır.
Avtosfer.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, mayın 26-da saat 03:20-də Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***09:56
Ağsu rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəzaya düşən gənclər əslən Ağsu rayonundan olsalar da, Bakıda yaşayırlarmış.
Onlar mayın 25-də Bakıdan Ağsu rayonuna istirahətə gəliblər. Rayonun Kalva və Dilman kəndlərində istirahət edən gənclər dünən gecə saatlarında Kalva kəndindən çıxıb Şamaxı rayonuna gedirlərmiş.
Gecə saat 3 radələrində Dilman kəndi ərazisindəki körpüyə yaxınlaşarkən sürücü idarəetməni itirib avtomobili körpüdən aşırıb.
***09:06
Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər.
Avtomobildə olan daha iki sərnişin - 2005-ci il təvəllüdlü İsmayıl Baxışov və 2006-cı il təvəllüdlü Şahvələd Şəfaqətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












