Ağsuda "Mercedes" aşdı: İki nəfər xəsarət aldı - YENİLƏNİB

Ağsuda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan iki nəfərin vəziyyəti açıqlanıb.
Ağsu Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib ki, qəzada xəsarət alan iki nəfər (kişi) 02.04.2026-cı il tarixində saat 00:30-da Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir./oxu.az
***10:54
Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza gecə saatlarında rayonun Qiyaslı kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 2006-cı il təvəllüdlü Sadiq Ağasəf oğlu Paşayev "Mercedes" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişini, Ağsu rayonunun Kəndoba kənd sakini, 2008-ci il təvəllüdlü Qəribxan Gülxan oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












