Ağsuda ölümlə nəticələnən ağır qəza baş verdi - YENİLƏNİB

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 6-da, saat 20:50-də Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1994-cü il təvəllüdlü pasiyentə kəllədaxili travma, döş qəfəsinin və qarın divarının əzilməsi diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.
Müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***10:16
Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 2002-ci il təvəllüdlü Kəmalə Orucova hadisə yerində həyatını itirib. Avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağsu rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Tələbə qızı dəm qazından boğulmuşdu; 3 il sonra qəzada öldü - FOTO
"BYD" "Kamaz"la toqquşdu - Ölən var - VİDEO
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR - YENİLƏNİB
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi: Ata və oğul qəzaya düşdü
Dəhşətli yol qəzası: Avtomobil iki yerə bölündü, ölənlər var - VİDEO
Faciəvi şəkildə ölən 33 yaşlı Rüfətin FOTOsu
Mərdəkanda dirəyə çırpılan “Mercedes” tanınmaz vəziyyətə düşdü - VİDEO
Xankəndi - Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var - YENİLƏNİB
Ucarda ağır qəza, 2 nəfər öldü, 2 nəfər yaralandı - FOTOLAR - YENİLƏNİB










