ANAMA-nın əməkdaşı qəzaya düşdü - VİDEO - YENİLƏNİB

Ağdam rayonunun Bənövşələr qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Minatəmizləmə Agentliyinin əməkdaşı Rəşad Əli oğlu Əliyevin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 23-ü, saat 18:20-də Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1995-ci il təvəllüdlü şəxsə sol gözaltı nahiyənin hematoması, bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrılmış yaraları və travmaları diaqnozları təyin olunub.
Zəruri ilkin tibbi xidmətlər göstərildikdən sonra vəziyyəti stabil qiymətləndirilib. O, öz istəyi ilə iltizamnamə yazaraq tibbi xidmətlərdən imtina edib", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən rayon sakini, 1995-ci il təvəllüdlü Rəşad Əliyevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil nasazlıq səbəbindən aşıb.
***
Ağdamda Minatəmizləmə Agentliyinin əməkdaşı qəzaya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində baş verib.
Rayon sakini, 1995-ci il təvəllüdlü Rəşad Əli oğlu Əliyev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil nasazlıq səbəbindən aşıb.
Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











