Astara sakinləri Lənkəranda yol qəzası törədib, yaralananlar var

Lənkəran rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun rayonun Səpnəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Rahid Nail oğlu Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara rayonunun Siyəkü kənd sakini, 1987-ci il təvəllüdlü Fərid İsmayıl oğlu Nobatovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.
Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Mirzəyev Reanimasiya, F.Nobatov və "VAZ-2107"nin sərnişini Şiyəkəran kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Məmmədov isə Travmatologiya şöbəsinə yerləşdirilib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












