Astarada avtomobil dərəyə aşdı: 1 ölü, 2 yaralı

Astara rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb. Belə ki, Astara rayonunun Tüləgivan kənd sakini Ədalət Mirəli oğlu Şəkərov "Ağ körpü" deyilən ərazidə yağışlı hava şəraitində yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Onun idarə etdiyi UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və iki sərnişini - 1980-ci il təvəllüdlü Müqəddəs Ələsgər oğlu Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Sultan oğlu Gülməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən sürücü yolda keçinib. M.Eyvazov Reanimasiya, C.Gülməmmədov isə Travmatalogiya şöbələrinə yerləşdiriliblər. Ə.Şəkərovun meyiti müayinə olunmaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR











