Astarada maşın körpüdən aşdı: ailənin 3 üzvü xəsarət alıb

Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gecə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara rayonu ərazisində olub. 1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi "Mercedes" markalı maşın yol qovşağı üzərindəki körpüdən aşağı aşıb. Nəticədə avtomobilin sərnişinləri - 1962-ci il təvəllüdlü Astara şəhər sakini - Cəfərova Yektarə İslam qızı, 1992-ci il təvəllüdlü Cəfərli Ağabəyim İlham oğlu və 1994-cü il təvəllüdlü Cəfərli Abdulla İlham oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların ikisinin də qol nahiyəsi gipsə salınıb və onlar bu gün səhər evə buraxılıblar. Vəziyyəti daha ağır olan Yektarənin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO












