Astarada mikroavtobus aşdı, 10-a yaxın sərnişin xəsarət aldı - YENİLƏNİB

Astara rayonunun Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 12 nəfər (6 kişi, 6 qadın) noyabrın 11-də, saat 09:40-da Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub.
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. 4 nəfər isə (3 kişi, 1 qadın) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. İki nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.
***
Astarada mikroavtobus qəzasında xəsarət alanlar xəstəxanadan evə buraxılıblar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra xəsarət alanların 4 nəfəri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, digər 12 nəfər isə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
***11 noyabr, 12:48
Astara rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alanlardan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dan artıq sərnişinə ilkin tibbi yardım göstərilib. Onlardan dörd nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, ikisi Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hazırda xəsarət alanların müayinəsi davam etdirilir.
***
Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.
Kijəbə-Deqədi marşurutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, mikroavtobusda olan 20-yə yaxın sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO












