Astarada ölümlə nəticələnən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

Astara rayonunda bir nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Astara rayonunun Hamuşan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyunun 18-də saat 21:00-da üç nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara başın qapalı travması, başın və bədənin çox sayda sıyrılmış yarası, qarının küt travması diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1977-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Digər iki nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, sözügedən yol-nəqliyyat hadisəsi ötən gün rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda olub. Rayonun Niləşə kənd sakini, Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi VAZ-2107 avtomobilinin dərəyə aşması nəticəsində sürücü T.Eyvazov hadisə yerində ölüb, 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-ci il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












