Atasının yası üçün rayona gedən ana və 5 yaşlı qızı öldü

Ucar rayonunda ana və 5 yaşlı qızının ölümü ilə nəticələnən dəhşətli hadisə barədə bəzi məqamlar üzə çıxıb.
Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndinin ərazisindən keçən hissəsində “Hyundai Accent” markalı, 99 LR 711 dövlət qeydiyyat nişanlı avtomobilin vurub öldürdüyü 1988-ci il təvəllüdlü Aynur İsgəndərova körpə qızı ilə birgə Bakıdan kəndə gəlirmiş.
Belə ki, keçən ilin 3 mart tarixində A.İsgəndərovanın atası Ramiz kişi vəfat edib. Dünən günorta saatlarında o, qızı Ayşənlə birgə atasının vəfatının ildönümü mərasimində iştirak etmək üçün Bakıdan rayona yola düşüb. Küçəkənd kəndində səfərə çıxdığı nəqliyyat vasitəsindən düşərək ata evinə getmək üçün yolun əks tərəfinə keçmək istəyib. Bu zaman Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Cavadov Rəşad Rəhim oğlu idarə etdiyi avtomobillə ana və qızını vurub. Onların ikisi də hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Publika.az)
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO












