Aviasiya şousu zamanı təyyarə qəzaya uğradı

Avstraliyada “Avalon” Beynəlxalq Aviasiya Şousu zamanı yüngül təyyarə qəzaya uğrayıb və pilot ağır xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.
“Təyyarə Melburndan cənub-qərbdə, Avstraliyanın “Avalon” Beynəlxalq Aviasiya Şousu zamanı qəzaya uğrayıb”, - məlumatda deyilir.
Telekanalın məlumatına görə, “Pitts Special” yüngül təyyarəsi havada manevr nümayiş etdirib. 50 yaşlı pilot manevri yerinə yetirərkən idarəetməni itirib. Nəticədə təyyarə uçuş-enmə zolağına çırpılıb.
Pilotun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəza zamanı tamaşaçılardan xəsarət alan olmayıb.
Qeyd edək ki, “Avalon Airshow” kimi də tanınan Avstraliya Beynəlxalq Hava Şousu, Melburn və Viktoriyadakı “Geelong” arasındakı Avalon hava limanında iki ildən bir keçirilən böyük bir tədbirdir.
Tədbirdə Avstraliya Kral Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak etməklə hərbi aviasiyaya güclü diqqət yetirilir.(apa)
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU - YENİLƏNİB
Bakıda “Toyota” divara çırpılıb aşdı - VİDEO
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
Bərdədə ağır qəzada həlak olan iki dostun FOTOsu
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu












