Avtobus çaya düşdü: 10 ölü

Perunun Uanuko regionunun Ambo əyalətində sərnişin avtobusunun Ualyaqa çayına düşməsi nəticəsində azı 10 nəfər həlak olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Perunun Fövqəladə Vəziyyətlər üzrə Operativ Mərkəzi "Twitter"də bildirib.
"Hazırda on ölüm faktı qeydə alınıb", - deyə xəbərdə qeyd edilir.
"El Comercio" qəzetinin informasiyasına əsasən, 50 nəfərin olduğu avtobus Limadan Tarapoto (San-Martinin regionu) şəhərinə gedirmiş. Avtobus Tekte şəhərində qəzaya uğrayıb və Ualyaqa çayına düşüb.
Məlumata görə, hadisə zamanı 26 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
Qəza zamanı həmçinin daha 3 nəfər itkin düşüb.
Prokurorluq fakt üzrə araşdırma aparır. Hadisənin başvermə səbəbi və təfərrüatlar barədə məlumat yoxdur.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












