Avtobus yük maşınına çırpıldı; 3 yaralı var - Gürcü sürücü işdən qovuldu

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az-ın xəbərinə görə, hadisə rayonun Ələt qəsəbəsində baş verib. Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil.
Avtosfer.az-ın məlumatına görə, hadisə dünən gecə Salyan körpüsü deyilən ərazidə baş verib. Gürcüstandan gələn avtobus yol kənarında dayanmış yük avtomobilinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunur.
***
“Araz Trans” şirkətinə məxsus “Mercedes” markalı iri tutumlu sərnişin avtobusunun Qaradağ rayonu ərazisində “QAZel” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, beynəlxaq daşımalarda iştirak edən avtobus Tbilisidən Bakıya gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün qəzaya düşən Tiflis-Bakı sərnişin avtobusunun sürücüsünün fəaliyyətinə xitam verilib. Bu barədə Avtosfer.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, qəzaya düşən avtobusun daşıyıcı şirkətin direktoru Bəsti Məmmədova gürcü sürücünün fəaliyyətinə xitam verib.
Emin
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












