Avtobusu yük maşını ilə toqquşdu: 7 yaralı

Rusiyanın Tulskaya vilayətində "Moskva-Belqorod" reysi üzrə hərəkət edən sərnişin avtobusu yük maşını ilə toqquşub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "TASS"a Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən bildiriblər.
İdarədən bildirilib: "Qəza yanvarın 3-ü Moskva vaxtı ilə saat 00:15-də M-4 avtomobil yolunun 212-ci kilometrində baş verib. "Moskva-Belqorod" reysi üzrə hərəkət edən avtobus eyni istiqamətdə olan yük maşını ilə toqquşub. Qəza nəticəsində avtobusun 7 sərnişini xəsarət alıb, onlar Uzlovski rayonunun xəstəxanasına çatdırılıblar. Onlardan 6-si xəstəxanaya yerləşdirilib, 1-i isə ambulator şəraitdə müalicəyə buraxılıb. Xəsarət alanların vəziyyəti dəqiqləşdirilib, onlar arasında uşaq yoxdur".
Uzlovski rayonunun mərkəzi xəstəxanasından "TASS"a bildiriblər ki, xəsarət alanlardan birinin vəziyyəti ağırdır: "Bir qadın ağır xəsarətlər alıb, onun vəziyyəti ağırdır, digər xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta-ağır kimi qiymətləndirilir".
Mətbuat xidmətindən qeyd ediblər ki, ümumilikdə avtobusda 54 nəfər olub: "Sərnişinlər başqa avtobusda yollarına davam ediblər. Qəzanın təfərrüatları araşdırılır. Hadisə yerində Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşları işləyir".
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












