Avtomobilinin üzərinə mişar daşları tökülüb – FOTO

Hacıqabulda sürücüsü içində olan avtomobilin üzərinə yük maşınından mişar daşları tökülüb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Bakı-Qazax magistralında Hacıqabul rayonu ərazisində mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobil aşıb.
Buna səbəb normadan artıq mişar daşı ilə yüklənmiş avtomobilin təkərinin ağır yükə tab gətirməyərək partlaması olub. Nəticədə mağazanın qarşısında dayanan avtomobilin üstünə mişar daşları tökülüb.
Hadisə zamanı taksi kimi fəaliyyət göstərən “Hyundai” markalı avtomobilin içərisində olan sürücü, Şirvan sakini Abdullayev Əlisəftər Xəlil oğlu xəsarət almayıb. Daşların altında qalan avtomobili tərk edə bilməyən sürücü ətrafdakıların köməyi ilə oradan çıxarılaraq xilas edilib. Minik avtomobili yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.

Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO












