Avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb - Göyçayda

Göyçayda martın 29-da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsin kimliyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Vüqar Nəriman oğlu Göyçay şəhərində "VAZ 21099" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay şəhər sakini 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əliağa oğlunu vurub hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. O, hadisə zamanı həyəcanlı olduğu üçün qaçdığını bildirib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma davam edir.
Namiq
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












