Azərbaycanda ağır qəza - İki futbolçu öldü - FOTO - VİDEO - YENİLƏNİB

"Rauf Hüseynov bir il əvvəl komandada çıxış edib, sonra isə "Təhsil" FK-da müəllim kimi işləyirdi".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında "Qobu" futbol klubunun rəhbəri Rəşad Abasov deyib.
O bildirib ki, həlak olanlardan Rauf Hüseynov evli olub:
"Dünən birlikdə Qobudan qayıdırlarmış. Ötən il hər ikisi klubda çıxış edirdi. Sonra isə ayrıldılar. Bəhruz Sultanov subay olub. Rauf Hüseynov isə evli idi, üç uşağı - qızı vardı. Bəhruzun yaşı40-dan çox idi. Raufun avtoyuma məntəqəsində işləyirdi. İlkin məlumata görə, hadisə idarəetməni itirdiklərinə görə olub. Maşın da Raufa məxsus idi. Hər ikisi sakit insan kimi xatırlanacaq".
***16:30
Abşeronda futbolçuların həlak olduğu qəza ilə bağlı yeni detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baku TV-nin müxbiri hadisə yerindən hazırladığı reportajda məlumat verib.
O bildirib ki, hadisə şahidləri qəzanın ötmə əməliyyatı zamanı baş verdiyini deyiblər. Belə ki, Rauf Ədalət oğlu Hüseynov "Toyota" markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə "Toyota" qarşıdan gələn Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi "Ford Transit" markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.
***14:24
Futbolçuların həyatını itirdiyi faciəli qəza zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Qobu-Lökbatan yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə 1977-ci il təvəllüdlü şəxs (kişi) iyulun 29-da saat 13:00-da Sabunçu Tibb Mərkəzinə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona ilkin tibbi yardım göstərilib, kəllə beyin travması, diz qapağının sınığı, ətrafların sıyrıntısı diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - deyə məlumatda vurğulanıb./oxu.az
***10:46
Qobu-Lökbatan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi açıqlama verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, hadisə ötən gün saat 12 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.
"Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rauf Ədalət oğlu Hüseynovun idarə etdiyi "Toyota" markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobu qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi "QAZel" markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində "Toyota"nın sürücüsü Rauf Hüseynov və avtomobildə sərnişin qismində olan 1985-ci il təvəllüdlü Bəhruz İlham oğlu Soltanov hadisə yerində həyatlarını itiriblər.
"QAZel"in sürücüsü Mais Ağaverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb", - deyə məlumatda bildirilir./oxu.az
***09:24
Ötən gün Qobu-Lökbatan yolunda ağır yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər, "Ford"un sürücüsü isə yaralanıb.
Qəzada ölən B. Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olublar.(Unikal)


Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO
Salyanda ağır QƏZA: 1 ölü, 2 yaralı - VİDEO
Hövsanda qəza: “Prius” aşıb yolu bağladı - VİDEO
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB










