Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO

Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 8-də saat 23:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərdab rayonu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Biri azyaşlı olmaqla, üç nəfər (bir qadın, iki kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti ağır qiymətləndirilən 1997-ci il (qadın) və vəziyyəti stabil qiymətləndirilən 1988-ci il təvəllüdlü (kişi) pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 2020-ci il təvəllüdlü pasiyent isə (kişi cinsli) Bakı şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən beş nəfərin (iki kişi, üç qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir./oxu.az
***09:06
Zərdabda baş verən avtoqəzada ölənlərin adları məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
***
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
















