Azərbaycanlıların olduğu gəmi qəzası: İtkin düşmüşlərin axtarışına komandolar cəlb edildilər - VİDEO

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne şəhəri sahillərində göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu sərnişin gəmisinin batması nəticəsində itkin düşmüş 20 nəfərin axtarışı davam edir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin "TCG Işın" xilasetmə və dəstək gəmisi axtarış əməliyyatlarına cəlb edilib.
Bu barədə Avtosfer.az "TRT Haber" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Girne sahillərində 1 təyyarə, 5 pilotsuz uçuş aparatı (PUA), 7 helikopter, 8 gəmi və 9 qayıqla axtarışlar aparılır. Əməliyyatlara Türkiyədən gedən SAT komandoları və Türkiyə Hərbi Dəniz Qüvvələrinin dalğıc qrupları da qatılıb.
Yerli və milli resurslarla inşa edilən və bir kilometr dərinliyə qədər axtarış-xilasetmə işləri apara bilən "TCG Işın" gəmisi də qəza yerində əməliyyatlara rəhbərlik edir.
514 metr dərinliyə batan gəminin qalıqlarına çatmaq üçün "TCG Işın" təzyiqədavamlı geyimlərə malik personal və sualtı robot göndərəcək.
Qeyd edilir ki, bu, itkin düşmüş sərnişinlərin və gəminin qara qutusunun tapılması ilə bağlı ümidləri artırır.
Xatırladaq ki, Şimali Kiprdəki Girne limanı ilə Mersindəki Taşucu limanı arasında səfər həyata keçirən "Filo Jet" yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra göyərtəyə ön hissədən su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışdığı zaman aşıb.
Gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas edilib. Həmçinin gəminin ekipaj üzvləri də olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisənin istintaqı çərçivəsində saxlanılaraq məhkəməyə çıxarılıb. Hadisə ilə bağlı istintaq davam edir.
Gəmidən 241 nəfər xilas edilib, 8 nəfərin cəsədi tapılıb və 20 nəfər itkin düşüb.
Batmış gəminin qalıqlarının dənizin 514 metr dərinliyində olduğu bildirilir.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












