"Azərsu"ya məxsus yük avtomobili qəzaya uğrayıb – VİDEO

Bakının Xətai rayonu ərazisində yol qəzası baş verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb.
Sürücü Elvin Şükürlü idarə etdiyi “Opel” markalı minik avtomobili ilə hərəkət edən zaman kanalizasiya quyusunda aparılan işlərlə əlaqədar yolda qoyulmuş maneəni görməyib. Nəticədə onun idarəetməsindən çıxan avtomobil "Azərsu" ASC-yə məxsus “Mercedes” markalı yük avtomobilinə çırpılıb.
Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. "Azərsu" ASC-nin əməkdaşları ONA-nın ərazidə olan əməkdaşlarına bildirib ki, yolda aparılan işlərlə əlaqədar xəbərdaredici nişanlar da qurulub. Lakin sürücü maneəni vaxtında görə bilməyib. Bunu sürücü E.Şükürlü də müsahibəsində təsdiqləyib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












