Bacı-qardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, fakta görə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 vəya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb. İbtidai istintaq aparılır.
Qeyd edək ki, hadisə dünən səhər saat 08 radələrində baş verib. Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C230” markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar - 2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












