Bakı-Qazax yolunda ağır qəzada yaralanan bir ailənin 5 üzvünün son durumu - YENİLƏNİB

Goranboyda avtomobil qəzasında xəsarət alanların son vəziyyəti məlum olub.
Avtosfer.az-a TƏBİB-dən bildirilib ki, Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) noyabrın 2-də saat 06:00-da Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan ikisinin vəziyyəti orta ağır, üçünün vəziyyəti stabil qiymətləndirilir". (oxu.az)
***
Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO












