Bakı-Quba yolunda AĞIR QƏZA: Yük və minik avtomobilləri TOQQUŞDU - FOTO - YENİLƏNİB

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 95-ci kilometrliyində, Quba istiqamətində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Siyəzən Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Siyəzən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəxs (kişi) aprelin 17-də saat 10:00-da Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilir"./oxu.az
***11:44
"Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 95-ci kilometrliyində, Quba istiqamətində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 09:00-da qeydə alınıb".
Bu məlumat Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Qeyd olunub ki, "Mercedes" markalı, 99 SX 711 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şahin Rafiq oğlu Tağıyev hərəkətdə ikən hələlik dəqiq bilinməyən səbəbdən idarəetməni itirib:
"Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ayırıcı beton səddə çırpılıb və daha sonra qarşı hərəkət zolağına keçib. Bu zaman əks istiqamətdə hərəkətdə olan Ziya İsa oğlu Şıxvəliyevin idarə etdiyi 27 BR 502 dövlət qeydiyyat nişanlı VAZ markalı maşın qarşısına çıxan yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində VAZ-ın sürücüsü yüngül xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı asfaltın üzərində əyləc izi olmayıb. Bu isə belə bir ehtimal yaradır ki, yük avtomobilinin sükanı arxasında olan sürücü ya yuxulu, ya da hərəkət zamanı diqqətini yayındıran hansısa məşğuliyyəti olub. Hazırda faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərimizi bir daha sükan arxasında diqqətli olmağa çağırırıq. Xüsusilə yük və sərnişin daşıyan sürücülərdən iş və istirahət rejiminə, sürət həddinə riayət etmələri və sükan arxasında diqqəti yayındıra biləcək amillərdən uzaq olmalarını, yorğun, yuxusuz, istirahətsiz maşın sürməkdən çəkinmələrini xahiş edirik"./oxu.az
***11:06
Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.
Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bundan sonra qarışdıdan gələn “VAZ 21015” markalı avtomobillə toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.



Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO
Salyanda ağır QƏZA: 1 ölü, 2 yaralı - VİDEO
Hövsanda qəza: “Prius” aşıb yolu bağladı - VİDEO
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB











