Bakı-Quba yolunda dəhşəli qəza: Əsgər yanından qayıdan 5 nəfər öldü - VİDEO

Bu gün Bakı-Quba yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində, “Nasosnu” deyilən ərazidə baş verib. İlkin məlumata görə “Shagman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində 5 nəfərin öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır. Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan xaçmazlı ailə olduğu bildirilir. İlkin məlumata görə, yük maşınının sürücüsü sərxoş vəziyyətdə olub və hadisədən sonra qaçıb.
Yük maşını həmin yola əks istiqamətdəm daxil olub. Bu zaman öz yoluyla hərəkətdə olan Mercedes-lə toqquşub. Zərbənin gücündən minik maşını aşıb, yük maşını isə onun üstündən keçib. Daşla dolu olan yük maşınında olan daşlar da minik avtomonilinin üstünə tökülüb. Maşında olanların hamısı elə oradaca keçinib.
Faktla bağlı araşdırma aparılır.
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
















