Bakı-Quba yolunda qəzada ölənlərin beşinin kimliyi məlum olub - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes Benz Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi “DAF” markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-a bildirilib ki, nəticədə, “Mercedes” markalı avtomobilin sürücüsü Nəsimi Qubadbəyli və onun idarə etdiyi avtomobildə olan beş nəfər sərnişin:
- 1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu;
- 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu;
- 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu;
- 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu hadisə yerində həyatlarını itirib.
Həlak olan bir nəfər sərnişinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Yük avtomobilinin sürücüsü Elçin Atayev isə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə yerində xidmət aparan DYP əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Yolda digər nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












