Bakı-Quba yolunda üç avtomobil toqquşdu, sürücülərdən biri öldü - VİDEO

Bakı-Quba yolunun Quba rayonunun Vəlvələçay kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza dekabrın 5-də saat 09:50 radələrində Bakı-Quba yolunun 146.2-ci kilometrliyində qeydə alınıb: “Belə ki, 1998-ci il təvəllüdlü Əliyev Elgün Şahin oğlu idarə etdiyi 99-UV-358 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən 1967-ci il təvəllüdlü Hüseynov Nəsir Meybulla oğlunun idarə etdiyi “Hyundai Super Aero City” markalı avtobus və 1981-ci il təvəllüdlü Abdulla Rövşən Arif oğlunun idarə etdiyi 77-NJ-497 dövlət nömrə nişanlı “Mercedes Axor” markalı yük maşınıyla toqquşub. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. "Ford"un sürücüsü - Elgün Əliyev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.”
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












