Bakı-Quba yolunda zəncirvari qəza baş verdi

Ötən gün saat 01:55-də Bakı-Quba avtomobil yolunun 16-cı kilometrində maddi zərərlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxil İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.
O qeyd edib ki, Cəlal Mirzəməmmədovun idarə etdiyi "Tofaş" markalı avtomobil nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanıb:
"Lakin sürücünün zəruri təhlükəsizlik tədbirləri görməməsi, digər nəqliyyat vasitələrinin sürücülərini vaxtında xəbərdar etməməsi nəticəsində arxadan gələn "Toyota Prius", "Toyota Corolla" və BMW avtomobilləri zəncirvari toqquşub. Qəzada ölən və xəsarət alan olmayıb, avtomobillərə maddi zərər dəyib. Faktla bağlı araşdırma aparılır".
M.Ağayev sonda BDYPİ-nin adından sürücülərə müraciət edib:
"İdarə bir daha sürücülərimizi bu hadisədən düzgün nəticə çıxarmağa, onları qəza, yaxud məcburi dayanma zamanı dərhal təhlükəsizlik tədbirləri görməyə, ən qısa müddətdə yolun hərəkət hissəsini boşaltmağa, bununla yanaşı ehtimal olunan təhlükənin qarşısını vaxtında almaq üçün hərəkət zamanı ara məsafəsini, sürət həddini nəzarətdə saxlamağa çağırır".
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB












