Bakıda 2 qadını avtomobil vurdu

Qəzalar 11 Dekabr 2022 10:22
Bakıda 2 qadını avtomobil vurdu
WhatsApp kanalımıza abunə olun

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Maştağa qəsəbəsində avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Məmmədova Zibeyda Cavid qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Xəzər rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Zərbəliyeva Rühəngiz Təvəkkül qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hər iki hadisənin təfərrüatı araşdırılır.

(report)

Oxunub : 1192
ŞƏRH YAZ
Ad

E-mail

Şərh