Bakıda 46 və 585 saylı marşrut avtobusları piyadaları vuraraq öldürüb

Bakıda marşrut avtobusları piyadaları vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə ötən gün saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında baş verib.
Belə ki, Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Ölümlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi isə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












