Bakıda avtomobil 56 yaşlı qadını vurub

Qəzalar 11 İyun 2019 07:19
Bakıda avtomobil 56 yaşlı qadını vurub
WhatsApp kanalımıza abunə olun
Yaralı ambulator müalicəyə buraxılıb

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə "Megafun" Əyləncə Mərkəzinin yaxınlığında qeydə alınıb. 1963-cü il təvəllüdlü Əliyeva Sevil Balabəy qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona çanağın, hər iki əlin, yumşaq toxumalarının əziyi və sağ əlin barmağının sınığı diaqnozu qoyulub. Yaralı ambulator müalicəyə buraxılıb.

Oxunub : 969
ŞƏRH YAZ
Ad

E-mail

Şərh