Bakıda avtomobil ər və arvadı vuraraq hadisə yerindən uzaqlaşıb - FOTO

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsində baş verib. Xanlar massivində yaşayan 1972-ci il təvəllüdlü Əliyev Vahid Sabir oğlu həyat yoldaşı Afaq Əliyeva ilə yolu keçərkən onların hər ikisini naməlum avtomobil vurub. Zərbənin təsirindən V.Əliyev yol kənarındakı çuxura düşüb. Sürücü isə məsuliyyətdən yayınmaq üçün hadisə yerindən qaçıb. Nisbətən yüngül yaralanan A.Əliyeva Təcili Tibbi Yardıma müraciət edib. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. V.Əliyevin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıb.




Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












