Bakıda avtomobil piyadanı vurub öldürüb
Qəzalar
12 May 2019 07:28
Oxunub 981

Meyidin kimliyi hələ məlum olmayıb
Ziya Bünyadov prospektinin Çermet körpüsü ərazisində “Mercedes” markalı avtomobil, yolun piyada üçün nəzərdə tutulmuyan ərazisində piyadanı vurub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, piyada aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. Piyadanın 50-55 yaşlı kişi olduğu bildirilir. Meyidin kimliyi hələ məlum olmayıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













