Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb
Qəzalar
2 İyun 2019 12:16
Oxunub 1729

Faktla bağlı araşdırma aparılır
Bakıda 39 yaşlı kişini piyada keçidində avtomobil vurub. Avtosfer.az-ın ONA-ya isitnadən xəbərinə görə, hadisə Suraxanı rayonunda baş verib. Zığ qəsəbəsində piyada keçidindən keçən 1979-cu il təvəllüdlü Muradov Namiq Əvəz oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













