Bakıda baş verən zəncirvari qəzaların səbəbi bilindi: Ara məsafəsi – REAL VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Avtosfer.az-a verilən məlumata görə, son dövrlər yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur və bu qəzaların əsas səbəblərindən biri sürücülərin ara məsafəsi saxlamamasıdır.
Qeyd olunub ki, müşahidə kameraları vasitəsi ilə qeydə alınan qəzaların təhlili göstərir ki, bu cür hadisələr, xüsusilə paytaxtın Heydər Əliyev, 8 Noyabr prospektləri, Aeroport və Mərdəkan şoseləri, həmçinin Buzovna-Zuğulba və digər yollarda qeydə alınır.
Bununla yanaşı, müşahidələr onu da deməyə əsas verir ki, bəzi sürücülər yolun sol hərəkət zolağında sürətlə hərəkət edirlər, düzgün ara məsafəsi saxlamamaqla yanaşı, qarşıda sıxlıq yarandıqda və hər hansı bir maneə ilə qarşılaşdıqda qəfil və məcburi tormozlama nəticəsində zəncirvari qəzalara səbəb olurlar. Bu kimi hadisələr, təəssüf ki, bəzən ölüm və ya xəsarətlə nəticələnir.
NİİM bir daha “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin müvafiq bəndini sürücülərin diqqətinə çatdıraraq bildirir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












