Bakıda “BYD”nin manevri qəzaya səbəb oldu: “Prado” və “Jeep” toqquşdu - VİDEO

Zabrat–Maştağa yolunda baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 22-də saat 17:27 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, soldan gələn “Toyota Prado” markalı avtomobilə yol vermədən hərəkət zolağına daxil olan “BYD” sürücüsü təhlükəli vəziyyət yaradıb. Qəzanın qarşısını almaq üçün “Toyota”nın sürücüsü qoşa xətti tapdalayaraq əks istiqamətə çıxmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, toqquşma qaçılmaz olub və “Toyota” qarşıdan gələn “Jeep” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.
Qeyd edək ki, yola daxil olan sürücünün hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməməsi yol hərəkəti qaydalarının ən çox qəzaya səbəb olan pozuntularından biridir. Manevr etməzdən əvvəl ətrafı tam müşahidə etməmək həm özünü, həm də digər sürücüləri ciddi təhlükə qarşısında qoyur. Sürücülər yola çıxmazdan əvvəl hər iki tərəfə diqqətlə baxmalı və yalnız təhlükəsiz şəraitdə manevr etməlidirlər.
Nərmin
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO












