Banner

Bakıda “Chevrolet” aşdı, sürücü xəsarət aldı - VİDEO

Qəzalar 15 Oktyabr 2026 18:00
Bakıda “Chevrolet” aşdı, sürücü xəsarət aldı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Yasamal rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 14-də axşam saatlarında baş verib. Belə ki, hərəkətdə olan “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq yolun ortasında aşıb.

Qəza nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb, avtomobilə isə ciddi maddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Aşmış avtomobil evakuator vasitəsilə ərazidən götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227921.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh