Bakıda Çin maşını kiçik qəzadan sonra kağız kimi əzildi - VİDEO

Paytaxtda taksi fəaliyyəti üçün geniş istifadə olunan “BYD” və “Changan” markalı avtomobillərlə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə qəzaya düşmüş avtomobilin ön və arxa hissəsinin ciddi şəkildə əzildiyi, demək olar ki, yararsız vəziyyətə düşdüyü görünür.
Kadrlardan aydın olur ki, zərbə nəticəsində avtomobilin həm ön, həm də arxa hissəsi güclü deformasiyaya uğrayıb. Kapot, bamper, yük bölməsi tamamilə sıradan çıxıb, kuzov konstruksiyasında ciddi əyilmələr yaranıb. Bu isə bəzi istifadəçilər arasında “metal keyfiyyəti zəifdir?” sualını gündəmə gətirib.
Mütəxəssislər isə bildirirlər ki, müasir avtomobillərdə kuzov elementləri əvvəlki nəsil modellərlə müqayisədə daha nazik və yüngül materiallardan hazırlanır. Bunun əsas səbəbi yanacaq sərfiyyatını azaltmaq və təhlükəsizlik standartlarına uyğun olaraq zərbə enerjisini udmaqdır. Yəni avtomobilin müəyyən hissələrinin “asan əzilməsi” bəzən sərnişin bölməsini qorumaq üçün nəzərdə tutulmuş konstruktiv həll olur.
Qeyd edək ki, “BYD” və “Changan” son illər Azərbaycanda, xüsusilə taksi parklarında geniş yayılıb. Bu avtomobillər əsasən münasib qiyməti və iqtisadi göstəriciləri ilə seçilir. Lakin intensiv istismar, gün ərzində uzun məsafələr qət edilməsi və şəhər daxilində sıx hərəkət qəza riskini də artırır.
Ekspertlərin fikrincə, hər hansı markanın ümumi keyfiyyəti barədə yekun rəy vermək üçün bir və ya bir neçə qəza faktı kifayət etmir. Qəzanın sürəti, zərbənin istiqaməti, yol şəraiti və digər amillər kuzovun aldığı zədənin səviyyəsinə birbaşa təsir göstərir.
Bununla belə, yayılan görüntülər taksi kimi istifadə olunan avtomobillərin təhlükəsizlik göstəriciləri ilə bağlı sualları yenidən gündəmə gətirib. Sürücülərə isə sürət həddinə riayət etmək, məsafə saxlamaq və avtomobillərin texniki vəziyyətinə daim nəzarət etmək tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO
Salyanda ağır QƏZA: 1 ölü, 2 yaralı - VİDEO
Hövsanda qəza: “Prius” aşıb yolu bağladı - VİDEO
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB










