Bakıda dəhşətli qəza: ər öldü, arvadı sağ qaldı - VİDEO
Qəzalar
15 Fevral 2019 11:12

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə saat 13:00 radələrində qeydə alınıb. Qaradağ istiqamətində hərəkət edən 40-BN-205 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil ilə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, "Niva"nın sürücü hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rəsmiyyə Əşrəf qızı Nəsrüllayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
1 Saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, R.Nəsrullayeva başından zədə alıb. Hazırda vəziyyəti normaldır.
Oxunub : 1231
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












