Bakıda dəhşətli qəza: Yaralıların vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

Səhər saatlarında Lökbatan dairəsində baş verən ağır qəzada yaralananların kimlikləri bəli olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, VAZ 2107 markalı avtomobildə olan sərnişinlər 2001-ci il təvəllüdlü Razi Məmmədzadə və 1997-ci il təvəllüdlü Kənan Allahyarlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdiriliblər.
KTM-dən onların vəziyyətinin ağır olduğu bildirilib.
09:28
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili “Volvo” markalı yük avtomobilinə çırpılıb, 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
09:16
Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi yaxınlığında qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobil ilə TIR toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Təcili Tibbi Yardım briqadası və DYP əməkdaşları cəlb ediliblər.
Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












