Bakıda gənc nişanı günü qəzaya düşdü - VİDEO

Gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, metronun “Əhmədli” stansiyasından Hövsana bir manata sərnişin daşıyan taksi qəzaya düşüb. Yaralıların yaxınlarının dediyinə görə, taksi sürücüsünün qarşısına yolun əks istiqamətində hərəkət edən avtomobil çıxıb. Sürücü avtomobili qəzadan yayındırsa da, maşın yolun kənarında olan daş maneəyə çırpılıb.
Nəticədə, avtomobildə olan dörd nəfərdən ikisi - 1990-cı il təvəllüdlü Novruzov Əli Hüseynağa oğlu və 1997-ci il təvəllüdlü Abdunzadə Abdun Coşqun oğlu ağır xəsarət alıb.
Yaralılar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hər iki xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. A.Abdunzadənin vəziyyəti orta-ağır, Ə.Novruzovun vəziyyəti isə ağırdır.
Həmçinin qeyd edilir ki, Novruzov Əlinin dünən nişanı olub.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












